Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə prezidenti: "Soçidə Rusiya prezidenti ilə prosesi müzakirə edəcəyik"

21 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Rusiya prezidenti Vladimir Putinlə prosesi müzakirə edib lazımi addımları atacağıq”

Press.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT World Forum”dakı çıxışında bildirib.

“120 saatın böyük bir hissəsi başa çatdı. Sabah Soçiyə səfərimiz var. Rusiya prezidenti Vladimir Putinlə görüşümüz var. Onunla bu prosesi müzakirə etdikdən sonra növbəti addımı atacağıq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 22-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya prezidenti Vladimir Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcək. Terrorçu PKK/YPG-PYD qruplaşmasının təhlükəsiz bölgədən çıxması üçün 120 saat möhlət verilib. Bu müddət başa çatanadək Türkiyə Silahlı Qüvvələri ilə Suriya Milli Ordusu “Barış pınarı” antiterror əməliyyatını dayandırıb. Həmin möhlətin başa çatmasına 30 saat qalıb. 

Oxşar xəbərlər
OTACI