Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

UEFA-dan Əliyar Ağayevə vacib təyinat

21 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinatını alıb.

Press.az UEFA-nın saytına istinadən xəbər verir ki, 32 yaşlı hakim Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Ludoqorets" - "Espanyol" qarşılaşmasını idarə edəcək.

Bolqarıstanın Razqrad şəhərində oynanılacaq matçda ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

Bu görüş komandalar üçün qrupdan çıxmaq baxımından əhəmiyyətlidir. Lider "Ludoqorets"in 6, 2-ci olan "Espanyol"un isə 4 xalı var.

Qeyd edək ki, oyun oktyabrın 24-də "Ludoqorets Arena"da keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI