Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" tarixində 100-cü

21 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qarabağ” Azərbaycan çempionatları tarixində 100-cü səfər heç-heçəsinə imza atıb.

Press.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley bərabərliyi Premyer Liqanın VIII turunun “Qəbələ” ilə görüşündə qeydə alınıb – 1:1.

Mövsümdə ilk dəfə 1 xalla kifayətlənən Ağdam klubu 1992-ci ildən iştirak etdiyi yarışdakı 387-ci səfər qarşılaşmasında 100-cü dəfə sülhlə barışıb. “Qarabağ” çempionatın tarixində rəqib meydanında ən çox heç-heçə edən komandadır. Yeddiqat Azərbaycan çempionunun səfərdəki ilk bərabərliyi 1992-ci il mayın 25-də “Avey”lə görüşdə qeydə alınıb.

“Qəbələ”nin vurduğu top isə “Qarabağ”ın səfərdə buraxdığı 350-ci qol olub. Bu topa Qismət Alıyev imza atıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI