Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda Instagram dələduzluğu - VİDEO

21 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəmi 10 manata 3 aylıq limitsiz internet... Üstəlik elanda xidmətin bütün operatorlardan aktiv edilməsinin mümkün olduğu və internetin sürətli olacağına da zəmanət verilir. Sosial şəbəkələrdə belə dələduzluq forması yayılıb.

Press.az Xəzər TV-yə istinadla xəbər verir ki, İnstagram-da pulsuz internet, limitsiz internet adı altında hesablar açaraq izləyici toplayır, sonra isə onlardan pul istəyirlər. Ödəmə terminalı vasitəsi ilə pulu ödədikdən sonra isə həmin səhifəni tapmaq olmur.

Səhifələrin rəy bölməsi bağlı olduğundan heçkim başına gələn dələduzluqla bağlı fikrini yaza bilmir. Dələduzlar isə ödəniş edən vətəndaşın qəbzinin şəklini paylaşaraq yeni müştərilər qazanırlar.

Mütəxəsislər də bildirir ki, son zamanlar belə dələduzların sayı xeyli artıb. Vətəndaşlar bilməlidir ki, texniki cəhətdən bunu etmək mümkün deyil.

İkt üzrə mütəxəsis Kamran Şabanovun sözlərinə görə, belə səhifələrin artmasına səbəb qiymətlərin ucuz göstərilməsidir. Lakin aldadılanların heç biri bu barədə səhifənin digər istifadəçilərinə məlumat verə bilmədiyindən fırıldağın qurbanları günü gündən daha da artır.

Ekspert onu da bildirir ki, belə halla qaraşılaşan vətəndaşlar aidiyyətli qurumlara müraciət etsinlər.

Oxşar xəbərlər
OTACI