Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəmkir və Qəbələ sakinlərindən ov tüfəngi götürülüb

21 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəmkir və Qəbələ rayon sakinlərində sənədləri olmayan ov tüfəngləri aşkar edilib.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Şəmkir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini E.Bayramovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və nömrəsi silinmiş qaz tapançası aşkar edilərək götürülüb.

Bundan başqa, Qəbələ RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vəndam qəsəbə sakini Q.Qasımovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Oxşar xəbərlər
OTACI