Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paytaxtda 19 gün əvvəl velosipedçini vurub qaçan sürücü saxlanılıb

21 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda 19 gün əvvəl velosipedçini vurub hadisə yerindən qaçan şəxs saxlanılıb.

Bu barədə Press.az-a Daxii İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 2-də saat 9 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində müəyyən edilməyən avtomobillə yolun kənarı ilə velosiped sürən Bakı şəhər sakini C.Həsənov vurulub. Velosipedçiyə xəstəxanada ilkin tibbi yardım göstərilib və daha sonra evə buraxılıb.

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI