Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərdoğan: Terrorçuluğa qarşı səmimi mübarizə aparan hər kəs Türkiyəni dəstəkləməlidir

19 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Terrorçuluğa qarşı səmimi mübarizə aparan hər kəs Türkiyəni dəstəkləməlidir.

Press.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseri əyalətində çıxışı zamanı deyib.

T.Ərdoğan bildirib: "Əgər 120 saat ərzində ABŞ ilə razılaşmanın şərtləri yerinə yetirilməzsə, Türkiyə Suriyanın şimalında əməliyyatı davam etdirəcək".

Onun sözlərinə görə, Türkiyə əvvəldən irəli sürdüyü şərtlərdə güzəştə getmirdi: "Əgər Türkiyəyə verilən sözlər yerinə yetirilməzsə, biz əvvəlki kimi gözləməyəcəyik və başladığımız əməliyyatı davam etdirəcəyik".

Türkiyə perzidenti qeyd edib ki, "Sülh bulağı" əməliyyatının keçirildiyirayonda Rusiya Hava Kosmik Qüvvələrinin qoruması altında olan Suriya rejiminin qüvvələri dislokasiya olunub: "Biz mu məsələni Rusiya prezidenti ilə müzakirə edəcəyik və həllini tapacağıq".

Oxşar xəbərlər
OTACI