Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"El Klassiko" nə vaxt oynanılacaq? - dekabrın 4-ü, yoxsa 18-i?

18 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

La Liqanın 10-cu turunda keçiriləcək "Barselona" - "Real" matçının vaxtı hələ də dəqiqləşməyib.

Press.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniyada baş verən etiraz aksiyaları səbəbindən oktyabrın 26-ı oynanılacaq matç təxirə salınsa da, yeni vaxtla bağlı La Liqa rəhbərliyi ilə klublar arasında fikir ayrılığı yaranıb.

"Barselona" və "Real" görüşün dekabrın 18-i keçirilməsini istəsə də, La Liqa rəhbərliyi buna narazıdır. Qurum eyni tarixdə İspaniya kubokundə görüşlər olacağı üçün "El Klassiko"nun dekabrın 4-ü oynanılmasını istəyir. La Liqa rəhbərliyi hesab edir ki, "Barselona" və "Real" arasında matç dekabrın 18-i oynanılacağı təqdirdə, kubokda oynayacaq digər klublara maddi ziyan dəyə bilər.

Klublar və La Liqa arasında fikir ayrılığının yaxın günlərdə həll olunacağı gözlənilir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI