Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü

18 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

18 oktyabr 2019 –cu il tarixdə Gənclər və İdman naziri Azad Rəhimov Şirvan şəhərində Şirvan, Hacıqabul şəhər və rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda ümumilikdə 20-ə yaxın vətəndaş iştirak edib.

Nazirlikdən Press.az-a verilən məluma görə, vətəndaşlar “Gənclər ev”lərinin, Olimpiya İdman Komplekslərinin, bir sıra idman qurğularının tikintisi və təmiri, eləcə də, idman arenalarına avadanlıqların verilməsi ilə bağlı müraciət ediblər. Eyni zamanda, iş ilə təminat, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi də müraciətlər sırasında olub.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Bir qisim müraciət isə baxılması üçün icraya yönəldilib.

Oxşar xəbərlər
OTACI