Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərinin sərgi-satış yarmarkası keçirilib - FOTO

18 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı vasitəsilə öz təsərrüfatını quran şəxslərin əl işlərindən ibarət “Bazarını yarat” adlı sərgi-satış yarmarkası keçirilib.

Nazirlikdən Press.az-a verilən məlumata görə, məqsəd aztəminatlı ailələrə hazırladıqları məhsulların satışında və qazanc əldə etmələrində kömək göstərmək olub.

Nizami Kino Mərkəzində keçirilən yarmarkada özünüməşğulluq proqramı iştirakçıları ilə bərabər, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə fəaliyyət göstərən 5 sahibkar və “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyinin üzvləri olan sağlamlıq imkanları məhdud uşaqlar da iştirak edib. Yarmarkada ağac üzərində oyma, xalçalar, suvenirlər, milli geyimlər, araxçınlar, şirniyyat məmulatları təqdim olunub.

“Bazarını yarat” yarmarkasının mütəmadi olaraq keçirilməsi planlaşdırılır.

Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərinin sərgi-satış yarmarkası keçirilib (FOTO)

Oxşar xəbərlər
OTACI