Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bankomatdan pul çıxarmağa kömək istəyən Qobustan sakinini soydular

18 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bankomatdan pul çıxarmağa kömək istəyən Qobustan sakini soyğunçuluğa məruz qalıb.

Daxili İşlər Nazirliyindən Press.az-a verilən məlumata görə, Şamaxı RPŞ-yə müraciət edən Qobustan rayon sakini X.Nəzərov oktyabrın 17-də Şamaxı şəhəri ərazisindəki bankomatların birində pulunu çıxarmasına köməklik edən şəxsin onun 200 manatını çıxararaq aparmasını bildirib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini H.Yadigarlı müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI