Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycana 3 kq barıt keçirmək istədi - Foto

18 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ-21013" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Press.az-a verilən məlumata görə, bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində 15 ədəd sellofanda, ümumilikdə 3 kiloqram partlayıcı maddə - barıt aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycana partlayıcı maddə keçirmək istədilər (FOTO)

Azərbaycana partlayıcı maddə keçirmək istədilər (FOTO)

Azərbaycana partlayıcı maddə keçirmək istədilər (FOTO)

Oxşar xəbərlər
OTACI