logo
First slide

Türkiyə ordusunun hərbi əməliyyatları davam edir - "XəzərXəbər" Türkiyə-Suriya sərhədində - VİDEO

14 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlar davam edir. Hadisələri daha yaxından təqib etmək üçün "XəzərXəbər”in Türkiyə bürosunun əməkdaşları Akçakale sərhəd məntəqəsində olub, sığınacaq düşərgələrinəbaş çəkiblər. Təhlükəliəraziləri tərk etməyən yerli sakinlər "XəzərXəbər”ə danışıblar.

Ötən həftə Türkiyə silahlı qüvvətlərinin başlatdığı "Sülh Çeşməsi” hərbi əməliyyatı uğurladavam etdirilir. Hazırda Akçakale sərhəd məntəqəsindəyik.Arxamızda gördüyünüz bu ərazidə bu böyük hərbi əməliyyatlar aparılır. Türkiyə silahlı qüvvələrinin keçirdiyi bu hərbi əməliyyatlardaəsas məqsəd Türkiyə sərhədlərinin terorçulardan təmizləniləməsi və eləcə də, Suriyanın sərhədlərində təhlükəsiz zonanın yaradılmasıdır ki, əgər bu zona yaradılarsa illərdir Türkiyəyə sığınan suriyalı qaçqınlar öz yurd yuvalarına qovuşa biləcəklər. Elə bu gün mehmetçik çok böyük uğura imza ataraq Telabiyatda çox böyük bir ərazini terorulardan təmizlədi.

Bölgədəki sakinlərin təhlükəsizliyinin təmin olunması üçün sığınacaq düşərgəsi yaradılıb.

Bölgənin mərkəzi küçələrində yaşayan sakinlər ətraf ərazilərə köç edirlər.Burdakı ticarət mərkəzləri də fəaliyyətini dayandırıb.Ancaq təhlükə ilə üz üzə olmaqlarına baxmayaraq rayonu tərk etməyənlər də var

Akçakale Dövlət xəstəxanası da yaralılara vaxtında müdaxilə olunması üçünhazır vəziyyətə gətirilib.

Qeyd edək ki,Türk silahlı qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında "Sülh Çeşməsi " adlı antiterror əməliyyatına başlayıb.

Oxşar xəbərlər