Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlik: 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib

14 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.

Təhsil Nazirliyindən Press.az-a verilən məlumata görə, sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 54 830 müraciət daxil olub. 

Onlardan 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.

Qeyd edək ki, elektron yerdəyişmə prosesi ilə bağlı sorğuların qəbulu oktyabrın 21-dən etibarən davam etdiriləcək.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Oxşar xəbərlər
OTACI