Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Maşın şou” nun iştirakçıları “Final” yağlarının istehsalı ilə tanış oldular - FOTO/VİDEO

14 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sevilən əyləncə proqramı “Maşın şou”nun iştirakçıları proqramın sağlam qida tərəfdaşı olan “Final” yağlarının istehsal edildiyi Bakı Qida və Yağ Fabrikində istehsal prosesi ilə yaxından tanış oldular.

İstehsal müəssisənə daxil olmazdan öncə məşhurlar yemək istehsalında sanitariya və gigiyena normalarına uyğun olmaq üçün xüsusi geyimlər, birdəfəlik şapka və baxil taxdılar. Qaydalara riayət etmək, hətta şou-biznes ulduzları üçün də istisna deyildi.

Əvvəlcə iştirakçılara müasir texniki avadanlıqların istifadəsi və yağ istehsalında beynəlxalq keyfiyyət standartlarına uyğun olması barədə məlumat verildi. Sonra qonaqlar məhsulun hazırlanma prosesini şəxsən izləyə bildilər. Zavod rəhbərliyinin öz işini istehlakçılara açıq şəkildə nümayiş etdirməsi  iştirakçıların təəccübünə səbəb oldu. Şəffaflıq həmişə etibar qazandırır, xüsusilə istehsalın gizlədəcəyi bir şey yoxdursa.

REKLAM

 

 

Daha ətraflı

Layihədə iştirak edən ulduzlar və eyni zamanda minlərlə insan, ən son avadanlıqlarda mükəmməl təmiz şəraitdə “Final” markalı yağların hazırlanmasının şahidi oldular. 

İştirakçılar qida texnoloqlarının istehsalın bütün mərhələlərində, o cümlədən məhsulun son keyfiyyətini necə yoxladığını müşahidə etdilər. Məşhurlar istehsal prosesini maraqla izlədi və öz yaradıcı töhfələrini vermək məqsədilə  bəzi məhsulların etiketlərinə öz ürək sözlərini yazdılar. 

Maraqlısı isə odur ki, bu məhsullar satışa buraxılacaq, və notları tapıb Final yağlarının rəsmi sosial media hesablarına müraciət edib etiketi daha sonra təqdim edənlərə isə marka tərəfindən 100 AZN dəyərində hədiyyə kartı təqdim olunacaq.

Xatırladaq ki, “Final” markası uzun fasilədən sonra ATV telekanalında sevilən aparıcı, Xalq artisti Murad Dadaşovun təqdimatında yenidən efir həyatına başlayan “Maşın şou”nun növbəti yayımının sağlam qida tərəfdaşı olub.

Tərkibində xolesterin, trans yağ və konservantlar olmayan yüksək keyfiyyətli “Final” yağları sizin sağlam qidalanmanızın qayğısına qalmaqla yanaşı, əhval-ruhiyyənizin də yüksək olmasında fəal iştirak edir.

Öz ənənəsinə sadiq qalan “Final” yağları cəmiyyətin bəyəndiyi və təqdir etdiyi dəyərlərin, verilişlərin, müxtəlif layihələrin həyata keçirilməsi üçün daim dəstək verməyə davam edəcək.
“Maşın şou” iştirakçılarının Yağ Fabrikində keçirdiyi maraqlı günün şəkillərini və video çarxını sizə təqdim edirik.

Oxşar xəbərlər
OTACI