Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qəbələ sakini yol polisindən niyə şikayət edir? - FOTO

14 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qəbələ rayon Nic qəsəbə sakini Kuşnaari Raul Raamili oğlu Avtosfer.az-a şikayət məktubu ünvanlayıb. Şikayətdə bildirir ki, idarə etdiyi "Vaz 2107" markalı 36-BK-808 qeydiyyat nişanlı avtomobillə avqustun 29-da Qəbələ rayon Nic qəsəbəsində hərəkətdə olarkən qarşısına qəfil inək çıxıb və yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yerinə yol-patrul xidməti əməkdaşları gələrək yol-nəqliyyat hadisəsini qeydə alıblar. Hadisədə vurulan inəyin sahibi və zərərçəkmiş sürücü polisə çağrılaraq izahatları alınıb. Zərərçəkmişin sözlərinə görə, inəyin sahibi izahat verməmişdən öncə imkanı olmadığını və dəymiş zərəri ödəyə bilməyəcəyini qeyd edib. Sonradan isə izahat yazaraq inəyin sahibi olmadığını deyib. 

Yol nəqliyyat hadisəsini araşdıran baş təhqiqatçı, polis mayoru Azad Hacıyev zərərçəkmiş sürücüyə məsələnin həll olunacağını bildirsə də, bu günə kimi heç bir nəticə yoxdur.
Zərərçəkmiş bu barədə DİN-in 102 qaynar xəttinə də müraciə edib.

undefined

undefined

undefined

undefined

undefined

undefined

undefined

Oxşar xəbərlər
OTACI