Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Maşın şou"da gözlənilməz nəticə - YENİLƏNİB

13 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Maşın şou"da bu günün nəticəsi məlum olub. Səsverməyə çıxarılan Zümrüd Qasımova üçün 51 faiz tamaçaçı "getsin"ə səs verərək şoudan kənarlaşdırıb. 

***23:38

“Maşın”da hədəf olan Zümrüd Qasımova açıqlamaları ilə yadda qalıb.

Press.az xəbər verir ki, o bildirib ki, nəticənin səsverməsindən sonra hər şey baş verə bilər: "Sonu gözləyək. Hər şey maraqlı olacaq".

“Maşın” şouda mübarizə davam edir. 

Aparıcı Murad Dadaşovun “Hədəfiniz kimdir?” sualına Zümrüd Qasımova belə cavab verib:  

“Şou başlayandan bəri iştirakçılara açıq oyun apardığımı söyləmişəm. Amma gördüm ki hamısı qapalı oyun aparır, hədəfinin kimliyini gizlədir. Mən də qapalı oyun aparmaq istəyirəm. Hələ ki, hədəfimin kim olduğunu açıqlamayacam”.  

Verilişdə avtomobil ətrafında duran iştirakçılara səslənən Zümrüd oyunçulardan ona dəstək çıxmamağı rica edib:  

“İstəmirəm ki, onlar öz tamaşaçılarına mənə səs göndərmək üçün səslənsinlər. SMS-lərini mənə görə xərcləməsinlər. Çünki səs toplamayıb şounu tərk edə bilərəm. Amma siz burada qalacaqsınız”.  

Onun oyundakı taleyinə tamaşaçılar qərar verəcək.

 

Oxşar xəbərlər
OTACI