Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Son matçda da “döyüşəcəyik” - Joze Alesio

10 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Olanları təkrarlamaq istəmirəm. Artıq baş verənlərlə bağlı dünən də danışmışam".

Press.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan çempionu “Araz”ın baş məşqçisi Joze Alesio Da Silva bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində Portuqaliyanın “Benfika” klubuna uduzduqları oyundan (0:7) sonra mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis məğubiyyəti heyətdəki məlum problemlləri ilə əlaqələndirib: "Məncə, bu gün daha yaxşı müübarizə apardıq. Çünki “Halle Gooik”lə oyundan sonra necə oynayacağımızı müəyyənləşdirdik. Amma yorğunluq sözünü dedi. İkinci hissədə uşaqların ayaqları sanki işləmirdi, beyinləri yorulmuşdu. Birinci hissədə 3 qol buraxdıq. Fasiləyə qədər gücümüz daha çox idi. Təəssüf ki, səhvlərdən qaça bilmədik. Vurulan qolların bəzisini “hədiyyə” etdik. Bu da yorğunluğun, ardıcıl iki matçı 6 oyunçu ilə keçirməyimizin nəticəsidir. “Benfika” isə fərqli keyfiyyətlərə malik komandadır. İstər taktiki, istərsə də texniki cəhətdən onlar qrupun aşkar favoriti, ən güclüsüdür.

Şansımız “Halle Gooik” – “Xerson” oyununun nəticəsindən asılıdır. Ukrayna futzalçıları qələbə qazana bilməsə, şənbə gününü fərqli etməyə çalışacağıq. İstənilən halda son matçda da “döyüşəcəyik”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI