Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Futbolçumuz niyə Fransaya buraxılmayıb? - AFFA-dan açıqlama

10 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı oktyabrın 8-də Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.

Press.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-21-in heyətində Fransaya yollanan "Keşlə"nin futbolçusu bu gün Azərbaycana qayıdır. AFFA-nın köməkliyi ilə Azərbaycana göndərilən futboçu Fransanı tərk edib və tranzit olaraq Türkiyənin İstanbul şəhərindən Bakıya yola düşüb.

Qeyd edək ki, məsələ ilə bağlı AFFA Azərbaycan Respublikasının Fransadakı səfirliyi ilə birgə araşdırma aparıb və futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi ilkin araşdırmaya görə ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edərkən müvafiq qaydada iş icazəsi almaması ilə bağlıdır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI