Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda ər qantellə arvadının başından vuraraq öldürdü

10 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Nizami rayonunda oktyabrın 9-na keçən gecə qantel Əkbərova Cəvahir Telman qızının qətl alətinə çevrilib.

Bu barədə rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

36 yaşlı qadın saat 04:00-da öldürülüb. Cinayətdə onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Əkbərov İlham Niftəli oğlu ittiham olunur. C.Əkbərova başından aldığı qantel zərbəsi nəticəsində ölüb. Bu əməldən sonra kişi Şəki rayonuna gedərək, daxili işlər orqanına təslim olub.

Xatırladaq ki, daha əvvəl KİV-də ərin arvadına 18 bıçaq zərbəsi vurduğu haqqında məlumatlar dərc olunsa da, onun həqiqətə uyğun olmadığı ortaya çıxıb.

Faktla bağlı istintaq davam edir.

Qeyd edək ki, ayın əvvəlindən Bakıda iki cinayət hadisəsi baş verib. Hər iki halda zərərçəkənlər gənc qadınlardır.

Oxu.az

Oxşar xəbərlər
OTACI