Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İcra başçıları Kəmaləddin Heydərovla toplantıda - Foto

10 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Oktyabrın 10-da Fövqəladə Hallar Nazirliyinin Aparatında bu ilin fevral ayının 5-də və 6-da Şamaxı, İsmayıllı və Ağsu rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş toplantı keçirilib.

Press.az-ın verdiyi xəbərə görə, toplantında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Cəmil Əliyev və zəlzələ bölgəsində tikinti işlərini həyata keçirən şirkətlərin rəhbərləri iştirak edib.

Nazir K.Heydərov bildirib ki, ötən müddət ərzində FHN komissiyaları tərəfindən 10.608 fərdi yaşayış evi müayinə olunub: “Müayinələr nəticəsində 663 fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğu, 1988-nin bərpaya, 4826-sının təmirə ehtiyacı olduğu müəyyən edilib. Digər evlərin isə qənaətbəxş vəziyyətdə və ya uzun illərdən bəri istifadəsiz olduğu aşkarlanıb. Qəzalı evlərin əvəzinə 327 fərdi yaşayış evinin tikintisi başa çatdırılaraq, sakinlərin istifadəsinə verilib. Hazırda 206 fərdi yaşayış evinin tikintisi davam etdirilir və bu ilin noyabr ayında başa çatdırılacaq”.

Nazir bildirib ki, bölgədəki qəzalı və bərpaya ehtiyacı olan evlərin bir hissəsi geoloji cəhətdən əlverişsiz-sürüşən ərazilərdə yerləşdiyindən həmin ərazilərdə yeni evlərin tikintisi və ya bərpası məqsədəuyğun hesab edilməyib: 

“Bu səbəbdən, Şamaxı şəhəri ərazisində cəmi 174 mənzildən ibarət 3 ədəd 4-5 mərtəbəli yaşayış binalarının tikintisi qərara alınıb və hazırda hər 3 binanın tikintisi başa çatmaq üzrədir. Bundan başqa, Ağsu rayonunda sürüşmə zonasında yerləşən evlərin sakinlərinin köçürülməsi üçün Xatman kəndi ərazisində 24 evdən ibarət yeni qəsəbə salınır. İsmayıllı rayonu üzrə tikinti-bərpa işləri də nəzərdə tutulmuş qrafik üzrə davam etdirilir. Bölgədə 1203 fərdi yaşayış evində bərpa işləri başa çatıb, 423 evdə bərpa işləri davam etdirilir. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən zəlzələdən zərərçəkmişlər üçün 79 yeni fərdi yaşayış evi tikilib, 15 ev əsaslı təmir edilib”.

 

Oxşar xəbərlər
OTACI