Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Baş nazir Gürcüstan vətəndaşlarını Keşikçi dağla bağlı məsuliyyətli və ehtiyatlı davranmağa çağırıb

10 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Sabahdan David Qareci (Keşikçi dağ) kompleksindəki məbədlər Gürcüstan zəvvarları üçün açıq olacaq”.

Bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Keşikçi dağ məsələsi Azərbaycan Prezidenti İlham Əliyevlə ötən gün Bakıda keçirdiyi görüşdə müzakirə olunub:“Təəssüflər olsun ki, Gürcüstan və Azərbaycan arasındakı sərhəddə razılaşdırılmamış sahələr var. Bu, bizim postsovet irsimizdir və problem 25 il ərzində həll olunmayıb”, deyə hökumət başçısı vurğulayıb. 

Baş nazir qeyd edib ki, Keşikçi dağ məsələsində mərhələli şəkildə ciddi nailiyyətlər əldə edilməlidir.

G.Qaxaria Gürcüstan vətəndaşlarını Keşikçi dağ məsələsi ilə bağlı hər bir addım və sözdə məsuliyyətli və ehtiyatlı davranmağa çağırıb: “Vətənə qarşı sevgi və vətənpərvərlik yalançı vətənpərvərlik ifadələri və düşünülməmiş addımlar demək deyil”.

Report

Oxşar xəbərlər
OTACI