logo
First slide

Millimiz Bəhreynə qalib gəldi

09 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Azərbaycan milli komandası yoldaşlıq görüşünə çıxıb.

Press.az xəbər verir ki, yığmamız Bəhreynlə qarşılaşıb.  Bəhreyn Milli Stadionunda keçirilən matçda millimiz 3:2 hesabı ilə qalib gəlib.

FİFA-nın son reytinq siyahısında Bəhreyn yığması öndədir. Hazırda bu komanda 1206 xalla 105-ci pillədə qərarlaşıb. Azərbaycan isə 1191 xalla 109-cudur.

Qeyd edək ki, yığmamızın Bəhreynlə görüşü Avro-2020-nin seçmə mərhələsində oktyabrın 13-də Macarıstanla keçiriləcək oyun üçün hazırlıq xarakteri daşıyır.

Yoldaşlıq oyunu

9 oktyabr

20:30. Bəhreyn - Azərbaycan - 2:3

Qollar: Rahman, 31 (1:0), Rüfət Dadaşov, 41 (1:1), Təmkin Xəlilzadə, 62 (1:2), Saad, 68 (2:2), Ramil Şeydayev, 70 (2:3)

Bəhreyn milli stadionu

Oxşar xəbərlər