Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda daha bir dəhşətli qətl: Ər arvadını 18 bıçaq zərbəsi ilə öldürdü

09 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda qətl törədilib.

Hadisə paytaxtın Nizami rayonu, Məmməd Şərifli küçəsi 82a ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1980-ci il təvəllüdlü Əkbərov İlham Lütfəli oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əkbərova Cəvahir Telman qızını 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

İ.Əkbərov hadisəni törətdikdən sonra Şəki rayonuna qaçıb.

Nizami Rayon Polis İdarəsi və Şəki Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əkbərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, bir neçə gün əvvəl Avtovağzal metrostansiyası yaxınlığında Nicat Abdullayev 20 bıçaq zərbəsi vuraraq arvadı Leyla Abdullayevanı qətlə yetirmişdi.

APA

Oxşar xəbərlər
OTACI