Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu ziyarətgahlarda min ilin sirri yatır

08 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan tarixi və memarlıq abidələri ilə zəngin bir ölkədir. Respublikanın müxtəlif ərazilərində bu qəbildən olan abidələr qorunub saxlanır. Əhalisinin mütləq əksəriyyəti müsəlman olan ölkəmizdə dini-tarixi abidələrin sayı da az deyil.

Astara rayonunun çox qədim tarixə malik tarix və mədəniyyət abidələri vardır. Bu qədim tarixə malik olan maddi – mədəniyyət nümunələri haqqında çoxlu əfsanələr, rəvayətlər yaranmış, xalqın inancında və yaddaşında indi də qalmaqdadır.

1.Arta ocağı(Arta kəndi).Arta ocağı yerli əhəmiyyətli ziyarətgahdır və Astara rayonu Artupa kəndi ərazisində yerləşir.Burada iri nil ağacları var və müqəddəs ocağın kəraməti ilə maüxtəlif diləklərinə çatmış insanlar tərəfindən həmişə qurbanlar kəsilir.Qeyd etmək lazımdır ki,Arta adlı kənd Lerik rayonunun Osyedərə inzibati ərazi vahidində də var.Belə ki, Hind-İran mifologiyasında Arta adı Arilərdə ilahə adı olub və Ərdəbil şəhərinin qədim adlarından biri də Artavetidir və mənası da qədim farscadan “Artanın məbədi”deməkdir.(Bax: Gevond, səh.72).Belə ki,730\731-ci ildə xəzər və türklərin 300 minlik ordusu(Bax:Gevond,səh.71-72;Təbəri, II, 1530-31; İbn əl-Əsir,V,118) Barçikin komandası altında ərəblərə qarşı əks-hücüma başlayıb Dərbənd,Daryal və digər keçidlərlə Arran ərazisinə soxuldu(Bal'ami,səh.517).Əl-Cərrah öz qoşunlarını Bərdə yolu ilə Ərdəbilə çəkdi və orada hadisələrin inkişafını gözləməyə başladı.Xəzərlər ərəb qoşunlarının harada yerləşdiyini bir gürcü knyazından öyrəndilər İki ordu Araz sahilindəki Varsanda qarşılaşdı.Ərəblər xəzərlərin üstün qüvvələrinin təzyiqi altında Ərdəbilə tərəf çəkildilər; burada Savalan dağı yaxınlığında onların arasında bir gecə-gündüz davam edən böyük vuruşma oldu.Ərəblər tamamilə məğlub edildilər,Əl-Cərrah öldürüldü(Bax:История Агван,стр.261; əl-Malik,səh.79;Təbəri,II,1521;Əz-Zəhəbi,səh.56; Dərbəndnamə,səh.175-176;İbn əl-Əsir,V,118; "Aqvan tarixi"nə görə əl-Cərrah erm. erasının 179-cu ilində(28.V.730-727,V.731),ərəb mənbələrinə görə əl-Cərrah 112-ci-hicri(26.III.730-14.III,731),ilində öldürülmüşdür.(Bax:Baratov.Sit.gət.əsər,səh.79).Xəzərlər uzun mühasirədən sonra Ərdəbili aldılar,şəhərin kişi əhalisini qırdılar,qadın və uşaqları isə aəsir apardılar(Bax: İbn-əl-Əsir,hicri 112-ci il;Feofan,səh.626;Gevond, səh.72).Sonra xəzər ordusu Azərbaycanı viran etdi, ölkənin şəhərlərini bir birinin ardınca tutub Diyarbəkir və Mosula çatdı(Bax:əz-Zəhəbi, səh. 56-57; İbn-əl-Əsir,V.118) Gevond xəzərlərin basqını barədə belə məlumat verir:Onlar "Hunlar torpağından, Çor keçidindən,Maskutlar torpağından keçərək Paytakaran ölkəsinə basqın etdilər;Araz çayından keçib Azərbaycana getdilər,Artaveti,Qandzak-Şahastani,Atşi-Baquan adlanan vilayəti,Sparat-Perozu və Ormizd-Perozu dağıtdıları»(Bax:Gevond, səh.72.).Hişam ərəb qoşunlarının baş komandanı vəzifəsinə Səid ibn Əmr ül-Həraşini təyin etdi və o dərhal 30 minlik orduyla xəzərlərə qarşı yola çıxdı.(Bax:Bal'ami, səh. 520).

 

2.Bobo(Baba)(Cəbrayıl türbəsi(Təngərüd kəndi).Baba Cəbrayıl türbəsi yerli əhəmiyyətli türbədir və Astara rayonunun Təngərüd kəndi ərazisində yerləşir.Türbənin tikilmə tarixi Orta əsrlərə təsadüf edir.Türbə düzbucaqlı formada olmaqla divarları qırmızı kərpicdən hörülüb və türbənin damı kirəmitlə örtülüb.Beləki bu türbəni bir giriş qapısı və bir giriş pəncərəsi var və türbənin sahəsi 4,5x5,5 metrdir,hündürlüyü isə 2 metrdir.Türbə yalnız bir otaqdan ibarətdir və türbənin içərisində Bobo Cəbrayıl adlı şəxsin qəbri yerləşir.Yerli camaatın dediklərinə görə Baba Cəbrayıl seyid olmuş və bir zamanlar təqiblərdən yaxa qurtarmaq üçün bu əraziyə pənah gətirmiş əshabələrdəndir.Türbədə 1993-cü ildə təmir-bərpa işləri aparılmışdır.

 

 

3.Bobo(Baba) Rəsul türbəsi.Baba Rəsul türbəsi yerli əhəmiyyətli türbədir və Astara rayon mərkəzindən 30 km aralıda,dağların zirvəasində yerləşir.Türbənin yaranma tarixi - IX-XIII əsrlərə təsadüf edir.Buraya hər yerdən ziyarətgaha gələnlər olur."Baba Rəsul" XIV əsrdə yaşamış bir şəxsiyyət olmuşdur.Tarixdə, yazılı mənbələrdə Baba Rəsulun 1400–cü ildə yaşadığını göstərən qeydlər vardır.Astarada Toradi və Nişunu kəndlərinin ətrafında yerləşən yalın qayaları,gəlin daşları seyr etmək adamda qəribə təəssüratlar yaradır.Bəzi yerli və yaşlı sakinlərin dediyinə görə gəlin daşları adı zalım əjdahanın toy məclisinin bütün üzvlərini daşa döndərməsi haqqında əfsanə ilə bağlıdır.Əcaib qayalardan biri yırtıcı başına bənzəyən formasına görə toy karvanının bütün üzvlərini daşa çevirdiyi güman edilən əjdahanın adını alıb.Ehtimal olunur ki, gəlin daşlarının bu adı alması qədim zamanlarda icra edilən ayinlərin əks sədasıdır.Bu türbə Baba Rəsul adlı bir ağır seyidin adı ilə bağlıdır və əsasən yaxın kəndlərin əhalisi tərəfindən ziyarət olunur.Rəvayət edildiyinə görə Teymurləng(Orta Asiyada iri feodal hakimi olmuş) öz qoşunu ilə Turədi kəndindən bir neçə kilometr aralıqada yerləşən"Bİ"yaylağında dincəlirmiş.O,həmişə özünəməxsus Şahin quşunu pərvazlandırmaqdan böyük həzz alırmış.Bir dəfə quş Baba Rəsulun toyuq-cücəsindən aparmaq istəyəndə kamil şəxsiyyət onu tutub saxlayır.Xəbər Teymurləngə çatır.O,qəzəblənmiş halda cəlladı onun üstünə yollayır.Lakin əlində qılıncı daşa dönmüş kimi,yerə sərildiyini görürlər.Bu xəbəri Teymurləngə çatdırıldıqdan sonra qəzəbli halda özü Baba Rəsulun yanına gəlir.Möcüzədən sarsılaraq,bağışlanmasını xahiş edir. Allah Rəhmət Etsin!!!.Şəkil.Baba(Bobo) Rəsul türbəsi.

 

4.Bobo(Baba)Misi türbəsi.Baba Misi türbəsi yerli əhəmiyyətli türbədir və yaranma tarixi - IX-XIII əsrlərə təsadüf edir.Bu türbə Baba Misi adlı bir ağır seyidin adı ilə bağlıdır və əsasən yaxın kəndlərin əhalisi tərəfindən ziyarət olunur.

 

5.Bobo(Baba)Məhəmməd türbəsi.Baba Məhəmməd türbəsi yerli əhəmiyyətli türbədir və yaranma tarixi - IX-XIII əsrlərə təsadüf edir.Bu türbə Baba Məhəmməd adlı bir ağır seyidin adı ilə bağlıdır və əsasən yaxın kəndlərin əhalisi tərəfindən ziyarət olunur.Eyni adda türbə Lerik rayonunun Conu kəndində də var.

 

6.Əhməd ibn Kərim türbəsi(Maşxan kəndi).Əhməd ibn Kərim türbəsi yerli əhəmiyyətli memarlıq abidəsidir.Türbənin tikilmə tarixi 1472-ci ilə təsadüf edir.Əhməd ibn Kərim türbəsi Astara rayonunun Maşxan kəndi ərazisində yerləşir.Belə ki,Seyid Əhməd yeddinci imam Musa kazımın nəslindəndir.Seyid Əhmədin məzar daşı məhz burada yerləşir və onun üzərində ərəb-fars dillərində yazılar var və bu yazılar 1956-cı ildə tarix elmləri doktoru Məşədixanım Nemətova tərəfindən oxunub tərcümə edilmişdir.(Bax:Məşədixanım Nemətova.Azərbaycan pirləri.Bakı,1992,səh.40).Mənbələrə əsasən Seyid kərim hicri 876-cı ildə vəfat edir ki,bu da miladi tarixi ilə 1472-ci il deməkdir.Türbənin invertar nömrəsi 4131,sistem kodu isə AJA003930-dur.

Tədqiqatçı-tarixçi,AJB-nin üzvü, Aqşin Mistanlı

Ədəbiyyat: Aqşin Mistanlı.Cənub Bölgəsinin Abidəlr Ensiklopediyası,B.,2018,səh124)

Oxşar xəbərlər
OTACI