Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu küçələrdə rənglənmə işləri aparılacaq

08 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Xətai rayonu, Səmədbəy Mehmandarov və Yasamal rayonu, Şəfayət Mehdiyev küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Press.az "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən xəbər verir.

Bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Oxşar xəbərlər
OTACI