Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezident İlham Əliyevin bəyanatı İrəvanda mətbuat klubuna hücuma səbəb olub

07 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın paytaxtı İrəvanda bir qrup gənc “Hayeli” (Güzgü) mətbuat klubu redaksiyasına hücum edib.

Buna, mətbuat klubunun saytında Azərbaycan prezidenti İlham Əliyevin Rusiyada “Valday” klubunun toplantısında çıxışından bəhs edən məqalənin başlığı səbəb olub. Hayeli.am saytı öz 5 oktyabr tarixli məqaləsini “Əliyevin Paşinyana gecikmiş, lakin güclü cavabı” adlandırıb.

Azərbaycan prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanın avqust ayının əvvəlində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ümumerməni İdman Oyunlarının açılış mərasimi zamanı nitqində: “Qarabağ Ermənistandır, vəssalam”- bəyanatına işarə edərək, deyib: “Ermənistan özü bu qeyri-qanuni qurumu tanımır. Qarabağ, tarixi Azərbaycan torpağıdır. Belə ki, Qarabağ Azərbaycandır. Və - nida işarəsi”.

Məqalədənsonrabirqruperməni gənc şənbə günü Hayeli.amredaksiyasınınqapı və divarlarınayumurtalaratıb, divaramətbuatklubununtəsisçisivə rəhbəriAnjelaTovmasyanın ünvanınatəhqiredicilövhələrasıblar.

Mətbuatklubununqapısı bağlı olub, klubunrəhbəriisə həminvaxtxaricdə səfərdə olub. Gənclərin hərəkətlərini həmin mərtəbədə yerləşən “Hraparak” (Meydan) qəzetinin müxbirləri videoya alıb. Gənclərin özləri də aksiyanı videoya çəkiblər.

Aaksiyada 4 nəfəriştirakedib. Aksiyada DavidHovhannisyan, SarkisManukyan, ArtakMarkaryanvə HaykStepanyaniştirakedib: “GəlmişikAnjelaTovmasyanagüclü zərbə endirməyə. Qapı açıqolsaydı, içərinidə buhalasalardıq”, - gənclərdənbirideyib.

Davidadlı gəncisə AnjelaTovmasyanınKonstitusiyaMəhkəməsininsədriHrayrTovmasyanınbacısı olduğunu və onun ölkəni tərk etməsini bildirib.

Ermənistanın jurnalist və ictimai təşkilatları dərhal hadisəyə münasibət bildirib, insidenti söz azadlığına qarşı yolverilməz hərəkət kimi qiymətləndiriblər. BBC-nin İrəvan müxbiri bildirib ki, hüququ mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Belə ki, artıq “KİV nümayəndəsinə öz vəzifə borcunu yerinə yetirməkdə maneə törətmək” maddəsilə cinayət işi başlanıb.

Eyni zamanda İrəvan Mətbuat Klubu bir sıra təşkilatlarla birgə bəyanatla çıxış edib. Bəyanat müəllifləri iqtidar və müxalifət nümayəndələrindən tələb ediblər ki, həmfikir və tərəfdarlarını təmkinli olmağa və fərqli mövqe və fikir ifadə edənlərə qarşı dözümlülük nümayiş etdirməyə çağırsınlar.

“Ədliyyə orqanlarını Hayeli.am redaksiyası ərazisində qanun pozuntusu baş veribsə, məsuliyyət tədbirlərinin tətbiq edilməsini tələb edirik. Müxtəlif düşərgələrə xidmət edən KİV-ləri peşakarlıq müstəvisinə qayıtmağa: manipulyasiya və dezinformasiya yaymaqdan çəkinməyə, jurnalist etikası qaydalarına əməl etməyə, cəmiyyətdə mövcud olan fikir müxtəlifliyinə hörmətlə yanaşmağa və təqdim etməyə çağırırıq!”, - bəyanatda deyilir.

Report

Oxşar xəbərlər
OTACI