Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xalq artisti və xanımından xərçəng xəstəsi olan uşaqlara dəstək

03 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko Moskva Dövlət Konservatoriyasının Böyük zalında keçiriləcək “Dmitri Xvorostovski və dostlarından uşaqlara” adlı xeyriyyə konsertində çıxış edəcəklər.

Tədbir oktyabrın 21-də baş tutacaq. Eyvazov və Netrebkodan savayı səhnəyə Yekaterina Qubanova, Luka Salsi və İldar Abdrazakov çıxacaq. İzləyicilərin ariya, duet və məşhur operalardan uvertüralar dinləmək imkanı olacaq.

Bütün yığılan vəsait xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə xərclənəcək.

Qafqazinfo

Oxşar xəbərlər
OTACI