logo
First slide

Xocalı soyqırımı ilə bağlı yeni şəkillər yayıldı - FOTO

01 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyəli jurnalist İrfan Sapmaz Xocalı soyqırımı zamanı lentə aldığı bir neçə nadir fotonu sosial şəbəkədə paylaşıb.

Press.Az-ın xəbərinə görə, İ.Sapmaz 1992-ci ildə Azərbaycanda Xocalı qətliamı zamanı o dönəmin “Sony” kamerası ilə çəkiliş edib.

“Olayı “Hürriyet” qəzeti və çalışdığım TRT vasitəsilə dünyaya ilk dəfə mən çatdırmışdım. Bəlkə də bu fotolarda olan qardaşlarımızdan bəziləri şəhid olub”, - deyə İ.Sapmaz bildirib.

Qeyd edək ki, İrfan Sapmaz Xocalı soyqırımı hadisəsini dünyada işıqlandıran ilk jurnalistlərdəndir. 

O, müxtəlif ölkələrdə müharibə müxbiri kimi fəaliyyət göstərib. 90-cı illərin əvvəllərindən 2000-ci ilə kimi Azərbaycanda nəşr edilən “Avrasiya” qəzetinin sahibi və baş redaktoru olub.

Hazırda Türkiyədə fəaliyyət göstərir.

Oxşar xəbərlər