Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Dədəmin evindən uşaq gətirməmişəm" dedi və... - Anadan İNANILMAZ ADDIM - VİDEO

20 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lənkəranda yaşayan gənc qadın iki körpəsini və ərinin üstünə atıb ata evinə geri dönüb.

1  və 5 yaşlı uşaqla təkbaşına qalan Əli dərdini götürüb "Səni axtarıram" proqramına gəlib.

"Mənə dedi ki, səninlə yaşamaq istəmirəm. Biz iki qardaş bacanağıq. Onun bacısı mənim qardaşımın həyat yoldaşı idi, ayrıldılar. Qardaşım onun bacısı ilə boşandığı üçün bu da məndən boşanmaq istəyir. Dedim, bəs uşaqlarımız nolacaq? Cavab verdi ki, dədəmin evindən gələndə uşaq gətirməmişəm. Al, səndə qalsın.

İnanın Allaha, böyük uşaq Lənkəran bazarının ortasında zəli kimi anasına yapışıb qopmaq istəmirdi. "Ana, məni də apar, Rüqəyya ata ilə qalsın" deyib yalvarırdı. Onların rayonuna gedən taksi sürücüləri bu mənzərəyə şahiddir".


Əli uşaqlarını onun üstünə atan həyat yoldaşı ilə barışmaq istəmədiyini bildirib. O, boşanmağa hazırlaşdığı həyat yoldaşının uşaqlardan rəsmi şəkildə imtina etməsini tələb edib. 

Onun danışdıqları studiyadakı hər kəsi təsirləndirib. Körpələrini atan ana pislənib.

Oxşar xəbərlər
OTACI