Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çətənə əkib-bəcərən 3 nəfər saxlanılıb

20 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çətənə əkib-bəcərən 3 nəfər saxlanılıb

Press.Az
xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Novxanı kənd sakini H.Mərdanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilib.

Bundan başqa, Sabirabad RPŞ əməkdaşlarının əməliyyat tədbiri nəticəsində Yolçubəyli kənd sakini A.Cəfərova məxsus yardımçı təsərrüfatdan kultivasiya yolu ilə yetişdirilmiş 3 ədəd çətənə kolu və 440 qram marixuana götürülüb.
 

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Türkman kəndinin ərazisində, kənd sakini E.Həsənov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu və 2 qrama yaxın marixuana aşkar edilib. 

Faktlarla bağlı araşdırmalar aparılır.

Oxşar xəbərlər
OTACI