Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanlı plastik cərrah Türkiyədə rüşvət üstündə tutuldu

18 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə polis xəstəxanaların birində rüşvət istəyən azərbaycanlı həkimi həbs edib.

Press.az “yenialanya.com”a istinadən xəbər verir ki, Hakkari rayonunda xəstəxanada qeydə alınıb.

Şikayət əsasında türk polisi əməliyyat keçirib. Əməliyyat zamanı Hakkari Dövlət Xəstəxanasında plastik cərrah işləyən Elnarə Məmmədova rüşvət alarkən tutulub.

O, xəstələrin birindən 1500 türk lirəsi (təxminən 450 AZN) alarkən polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Elnarə Məmmədova Hakkari Dövlət Xəstəxanasında plastik cərrah işləyirdi. Polisin cinayət üstündə həbs etdiyi cərrahın işi məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə onun barəsində həbs cəzası təyin edilib və həbsxanaya göndərilib.

Oxşar xəbərlər
OTACI