Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu rayonların qaz təchizatı dayandırılıb

18 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ələt-Astara avtomobil yolunun kəsişmə nöqtələrində qaz xəttinin yeni çəkilmiş hissələrinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 09:00-dan 18:00-dək Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bu barədə Press.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bundan başqa, bir sıra təmir işləri ilə bağlı saat 10:00-dan Xırdalan şəhərində, kanalizasiya kollektorunun çökməsi ilə bağlı təhlükəsiz əraziyə köçürülmüş qaz xəttinin mənbəyə birləşdirilməsi məqsədi ilə Xətai rayonu, H.Aslanov, NZS qəsəbələri, K.Kərimov, D.Səfərov, M.Davud küçələrində də qaz fasilələrlə veriləcək. 

Oxşar xəbərlər
OTACI