Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Snoudendən xəbərdarlıq: ““WhatsApp”dan istifadə etməyin”

17 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı, kompüter mütəxəssisi Edvard Snouden dövlətlərdə yüksək vəzifə tutan insanları “WhatsApp” messencerində məlumatların şifrləmə səviyyəsinin aşağı olması səbəbindən ondan istifadə etməməyi tövsiyə edib.

Press.az “ICTnews”a istinadən xəbər verir ki, o, bu bəyanatı Fransanın “France Inter” radiostansiyasına müsahibədə səsləndirib.

Snoudenin sözlərinə görə, hökumətdə ciddi məsələlərlə məşğul olan şəxs “WhatsApp”dan istifadə etməklə səhvə yol verir.

“Signal” və “Wire” proqramlarından istifadəni tövsiyə edən E.Snouden fikrini onların daha yaxşı şifrləmə səviyyəsinə malik olması və “Facebook” şirkətinə məxsus olmaması ilə izah edib.

Oxşar xəbərlər
OTACI