Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı metrosunda Milli Musiqi Günü qeyd olunacaq

17 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bakı Metropoliteni" QSC hər il olduğu kimi bu il də 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.

Qurumdan Press.az-a verilən məlumata görə, sabah sərnişin axını daha çox olduğu 4 stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq. 

Proqrama milli və klassik musiqi nümunələri daxil olacaq. Canlı musiqi aşağıda göstərilən saatlarda səsləndiriləcək:

- “İçərişəhər” stansiyası – saat 11:00-12:30;

- “Sahil” stansiyası – saat 12:00-13:30.

- “28 May” stansiyası – saat 13:00-14:30;

- “Xətai” stansiyası – saat 14:00-15:30.

Oxşar xəbərlər
OTACI