Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bərdədə məhkəmə işini uduzan vəkil ölümlə hədələnir

17 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bərdə rayonunda vəkil fəaliyyəti ilə məşğul olan şəxs təhdidlərə məruz qalıb.

Rayonun Vəkillər Bürosunda vəkil işləyən 1957-ci il təvəllüdlü Salahov Elgiz Sabir oğlu hədələnməsi ilə bağlı rayon prokurorluğuna müraciət edib.

O müraciətində bildirib ki, rayon sakini 1978-ci il təvəllüdlü Əhmədov Atamoğlandan mülki iş ilə əlaqədar hüquqi yardım müqabilində 1900 manat pul alıb. Lakin məhkəmədə mülki işi uduzub. İndi A.Əhmədov və onun qohumları vəkili ölümlə hədələyir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. 

Report

Oxşar xəbərlər
OTACI