logo
First slide

PA rəsmisi: Ermənistan və Azərbaycan xarici işlər nazirləri bu ayın sonunda görüşə bilər

17 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

BMT Baş Assambleyasının sentyabr ayında Nyu Yorkda keçiriləcək sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri görüşə bilər.

Press.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Ermənistan tərəfindən danışıqlar prosesinə ciddi zərbələr vurulur və danışıqlar prosesinin pozulması istiqamətində təxribatçı addımlar atılır. Ona görə də qarşıdan gələn görüşdə Azərbaycanın tərəfinin mövqeyi hərmsədrlərə də, Ermənistan tərəfinə də çatdırılacaq.

BMT Baş Assambleyasının ABŞ-ın Nyu-York şəhərində keçiriləcək 74-cü sessiyasında Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. Nazirin sentyabrın 28-da çıxışı da nəzərdə tutulur.

Qeyd edək ki, BMT-nin 74-cü sessiyası sentyabrın 17-də başlayacaq. Əsas müzakirələr isə sentyabrın 25-dən etibarən keçiriləcək.

Oxşar xəbərlər