Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyə Rusiyadan qırıcı təyyarə ala bilər

16 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə ilə Rusiya arasında yeni silah anlaşması imzalana bilər.

Press.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Dövlət başçısı Rusiya istehsalı olan “S-400” zenit-raket komplekslərinin ikinci hissəsinin artıq Türkiyəyə çatdırıldığını qeyd edib.

V.Putin həmçinin hərbi sahədə əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Putinlə birlikdə “MAKS-2019” hava sərgisində olmuş, “SU-35” və “SU-57” qırıcıları ilə maraqlanmışdı.

Ərdoğan bildirib ki, tərəflər artıq Rusiya qırıcılarının alınması barədə danışıqlar aparırlar.

Oxşar xəbərlər
OTACI