Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiya, İran və Türkiyə liderlərinin növbəti görüşü Tehranda baş tutacaq

16 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya, İran və Türkiyə liderlərinin Suriyadakı vəziyyətlə bağlı 6-ci Sammiti Tehran şəhərində baş tutacaq.

Press.az xəbər verir ki, bu barədə üç ölkə liderinin İran prezidenti Həsən Ruhaninin saytında dərc edilmiş birgə bəyanatında deyilir.

Mətndə qeyd olunub ki, prezidentlər Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan növbəti üçtərəfli sammitin Tehranda keçirilməsinə dair razılığa gəliblər.

Bildirilib ki, sammitdə regional və beynəlxalq məsələlər, habelə müxtəlif sahələrdə əməkdaşlıq müzakirə ediləcək.

Açıqlamada İsrailin Suriya ərazisinə zərbələr endirməsi Yaxın Şərq bölgəsində gərginliyi artırdığı da bildirilib.

Oxşar xəbərlər
OTACI