Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dövlət Statistika Komitəsi 40 minə yaxın şəxsi müvəqqəti işə götürüb

16 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycanda 10 ildən bir keçirilən əhalinin siyahıya alınması üçün hazırlıq işləri tam başa çatdırılıb. Artıq bütün materiallar – sorğu vərəqələri, siyahıyaalma vərəqələri və digər yardımçı materiallar rayonlara, rayonlardan da sayıcı məntəqələrə çatdırılıb”. 

Bunu açıqlamasında Dövlət Statistika Komitəsi (DSK) sədrinin müavini Rauf Səlimov deyib.

Onun sözlərinə görə, əhalinin siyahıyaalınması ilə əlaqədar 40 minə yaxın şəxs müvəqqəti işə götürülüb: "Artıq həmin şəxslərlə müqavilə bağlanılıb. Bunlar əsasən sayıcılar, sayıcı məntəqələrinin müdirləri, müavinləri, təlimatçı-nəzarətçilərdir. Sentyabrın 23-26-da sayıcılar üçün təlim keçiriləcək. Ayın 1-dən isə əhalinin siyahıyaalınması prosesi başlanacaq. Bu proses 10 gün davam edəcək. Həmin məlumatlar Komitəyə göndəriləcək və gələn il yanvarın 1-dən onların elektron sistemlərə daxil edilməsinə başlanılacaq”.

Report

Oxşar xəbərlər
OTACI