Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

FHN-in Qubada yanğını söndürməyə gedən maşını çayda batıb - VİDEO

15 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Quba rayonunun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib.

Ev sahibi Həbib Məmmədov hadisə ilə bağlı FHN-in Quba Yanğından Mühafizə Xidmətinin "qaynar xətti"nə zəng edib.

Lakin yanğını söndürməyə gələn yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb.

Nəticədə yaşayış evinin otağı və içərisində olan mebel, yataq dəstləri yanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçir.

Report

Oxşar xəbərlər
OTACI