Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsmayıllıda kəndə ayı hücumu olmayıb - Açıqlama - Yenilənib

15 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsmayıllı rayonunda ayı kəndə hücum edib.

Hadisə Xanagah kəndində baş verib. Kənd sakini, 1950-ci il təvəllüdlü  Rəsulov  İsmayıl  Yaqub  oğlu ayının hücumuna məruz qalıb. Özünü müdafiə edərək ayıdan canını qutaran İ.Rəsulov əl və üz nahiyyəsindən  xəsarət alıb. Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti direktoru Hikmət Əlizadə  açıqlamasında bildirib ki, kəndə ayı hücumu olmayıb. Kənd sakini meşəyə yemişan toplamağa gedərkən ayı hücumuna məruz qalıb:

“Vətəndaş meşəyə yemişan toplamağa gedib.Bu zaman ayı hücumuna məruz qalıb. Yaşayış yerləri böyüyür. Meşə ilə həmsərhəd ərazilərdə yeni yaşayış yerləri salınır. İnsanlar meşəyə meyvə yığmağa gedirlər. Təbii ki, bu zaman ayı hücumları olur. Bu səbəbdən meşə ilə həmsərhəd ərazilərdə yaşayan insanlar ehtiyatlı olmalıdır. Xüsuilə payız-qış aylarında ehtiyatlı olmalıdırlar. Vəhşi heyvan sərhəd tanımır”.   

Qafqazinfo

Oxşar xəbərlər
OTACI