Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gömrükçülər narkotik vasitə və psixotrop maddənin daxili orqanda keçirilməsinin qarşısını alıblar

14 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin Biləsuvar gömrük postunda Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Press.az-a verilən xəbərə ğörə, şəxsi yoxlama zamanı vətəndaşın üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Nəticədə vətəndaşın daxili orqanı-düz bağırsağından 2 ədəd sellofan bükümdə çəkisi 4,792 qram olan psixotrop maddə-metamfetamin, çəkisi 30,834 qram olan narkotik vasitə-heroin və 16 ədəd qəhvəyi rəngli üzərində F/M 40 nişanəsi olan həblər və 6 ədəd həb qırıntıları aşkarlanıb.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir və aşkar olunan həblərdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir.

Oxşar xəbərlər
OTACI