Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda avtomobillərdən oğurluq edən 2 nəfər saxlanılıb

14 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda avtomobillərdən oğurluq edən 2 nəfər saxlanılıb

Press.Az
xəbər verir ki, Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini T.İsmayılovun avtomobilindən 500 manat pul və 2 ədəd mobil telefon oğurlayan Naftalan rayon sakini B.Məmmədov saxlanılıb.

Cinayətdə iştirak edən daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Bundan başqa, Sabunçu RPİ 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan paytaxt sakini M.Bayramovun, rayon ərazisində “Mercedes” markalı avtomobildən 500 dollar oğurlaması məlum olub.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Oxşar xəbərlər
OTACI