Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezident İlham Əliyev Meksikanın dövlət başçısını təbrik edib

14 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Andres Manuel Lopes Obradora təbrik məktubu göndərib. 

Press.az xəbər verir ki, məktubda deyilir:  

"Hörmətli cənab Prezident,

Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Meksika arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Meksika xalqına daim sülh və rifah diləyirəm".

Oxşar xəbərlər
OTACI