Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda “matryoşka” yumurta: içindən başqası çıxıb - FOTO

12 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qaxda təsərrüfatların birində qeyri-adi hadisə baş verib.

Rayonun Cəlayir kəndində Qarayevlər ailəsinin həyətində toyuq ölçüsünə və çəkisinə görə fərqli yumurta yumurtlayıb. 

Yumurta normadan dörd dəfə böyükdür. Toyuğun sahibi Diləfruz Qarayeva bildirib ki, 30 ildir toyuq saxlayır, belə halla isə ilk dəfədir rastlaşır: 

“Bu yumurta məni və ailə üzlərimizi çox təəccübləndirib.Yumurta görünüşünə görə oval formasındadır. Ancaq digərlərindən çox böyükdür. Yumurtanı sındırdıqdan sonra içərisindən daha bir yumurta çıxdı”, - D.Qarayeva bildirib. 

Press.az xəbər verir ki, Oxu.Az-ın bölgə müxbirinin sorğusuna cavab verən Qax rayon Baytarlıq İdarəsinin rəisi Şövkət Babayev bildirib ki, bu hadisə patoloji hal hesab edilir və çox nadir hallarda baş verə bilər. Səbəbi isə toyuğun yumurtlama dövrünün gecikməsi ilə bağlıdır.

 

Oxşar xəbərlər
OTACI