Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ötən gün ərzində qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat - RƏSMİ - ÖZƏL

12 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2019-cu il sentyabr ayının 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat

 

DİN-in Mətbuat Xidmətindən Press.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılmışdır.

Oxşar xəbərlər
OTACI