Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Balakəndə "Tərəkəmə Kamil" ləqəbli narkobaron saxlanılıb - FOTO

11 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Balakən rayonunda "Tərəkəmə Kamil" ləqəbli narkobaron saxlanılıb.

Bu barədə Balakən Rayon Polis İdarəsindən məlumat verilib.

Belə ki, əməliyyat-axtarış tədbirləri zamanı bir müddətdir məsuliyyətdən yayınaraq qaçmağa müvəffəq olan Mahalar kənd sakini, "Tərəkəmə Kamil" ləqəbli narkobaron Kamil Həsənov tutularaq istintaqa təhvil verilib.

Araşdırma zamanı onun tanışları - Elvin Süleymanov, Elçin Qarayev, Akif Umarov, Rauf İsmayılov, Rəsul İsmayılov, Ceyhun Namazov, İlham Mahatov, Zülfüqar Xəlilov və Ramiz Mahatov ilə əlbir olduğu müəyyənləşib. Meşə massivində üç müxtəlif sahədə, ümumilikdə, 416 ədəd çətənə kolu və 446 qram təmiz çəkidə qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Report

Oxşar xəbərlər
OTACI