Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Deputat: Məktəb psixoloqlarının yenidən hazırlanması məsələsinə baxılmalıdır

11 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Məktəb psixoloqlarının yenidən hazırlanması məsələsinə, eləcə də müəllim hazırlığı ixtisaslarında tədris edilən psixologiya dərsliklərinə, proqramalarına yenidən baxılmalıdır.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.

Onun sözlərinə görə, uşaqların psixologiyasının öyrənilməsi və pedaqoji fəaliyyətdə bu məsələnin diqqət mərkəzində saxlanılması həyati zərurətə çevrilib: “Müasir informasiya cəmiyyətinin yaranması qloballaşmanı o qədər sürətləndirib ki, mənlik şüuru yenicə formalaşan məktəbəqədər yaşlı uşaq ciddi psixoloji travmalara məruz qalır. Bu gün hər iki uşaqdan birində ya planşet, ya da smartfon var. Onlar hansı informasiyanı alırlar? Müəllim və valideynlərinin, yoxsa virtual dünyanın və oradakı yeni infoqrupların təsiri altında daha çox olurlar? Ona görə də uşaqların psixologiyasının öyrənilməsi və pedaqoji fəaliyyətdə bu məsələnin diqqət mərkəzində saxlanılması vacibdir”.

Deputat hesab edir ki, istər tələbələrin, istərsə də orta məktəb şagirdlərinin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması, onların yeni təlim mühitinə və gələcək həyat fəaliyyətinə adaptasiyası, yaradıcılıq potensiallarının aşkar edilməsi və gerçəkləşdirilməsi, sağlam sosial-psixoloji iqlimin yaradılması, pedaqoji qabiliyyətlərin inkişaf etdirilməsi, xüsusi istedadlıların inkişafı təhsildə sosial-psixoloji xidmətin yenidən və əsaslı şəkildə qurulmasını tələb edir. Bu fəaliyyət sahəsinin hüquqi-metodiki bazası möhkəmləndirilməli, nəzarət gücləndirilməlidir.

Trend

Oxşar xəbərlər
OTACI