Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bərdədə heyvanlar arasında kütləvi xəstəlik yayılıb - FOTO

11 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bərdə rayonunda iribuynuzlu heyvanlar arasında kütləvi xəstəlik yayılıb.

Xəstəlik rayonun Mustafaağalı kəndində müşahidə olunur. Yerli sakinlər heyvanların hansı xəstəlikdən əziyyət çəkdiklərindən xəbərsizdirlər. Heyvanlar arasında ölüm halı müşahidə olunmasa da, xəstəliyin yayılması kənd sakinlərinin narahatlığına səbəb olub.

Baytar həkimlər xəstəlik baş verən təsərrüfatlara baş çəkiblər. Rayon Baytarlıq İdarəsinin əməkdaşları kənddə heyvanların müalicəsi ilə məşğuldurlar. Onların sözlərinə görə, heyvanlar dəri xəstəliyindən əziyyət çəkirlər.
 

Oxu.az

Oxşar xəbərlər
OTACI